Azərbaycanın 5 qadın cüdoçusu Qran-pridə iştirak edəcək

147

Avqustun 10-da Macarıstanın paytaxtı Budapeştdə start götürəcək cüdo üzrə Qran-pri yarışı üçün qadınlardan ibarət Azərbaycan millisinin heyəti açıqlanıb.

NUHÇIXAN xəbər verir ki, yığma 3 gün davam edəcək turnirdə 5 idmançı ilə təmsil olunacaq. Baş məşqçi Natiq Bağırov Gültac Məmmədəliyeva (52 kq), İçinxorlu Munxtsedev, Ülviyyə Rəhimli (hər ikisi 57 kq), Günel Həsənli (70 kq) və İrina Kindzerskaya (+78 kq) şans verəcək.

Qeyd edək ki, Qran-pridə 90 ölkədə 666 nəfər – 395 kişi və 271 qadın cüdoçu mübarizə aparacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: