Azərbaycandakı vulkanların palçığında qızıl tapılıb

76

Azərbaycanın palçıq vulkanlarında ilk dəfə olaraq təbii əmələ gəlmiş qızıl, gümüş, dəmir, mis, titan, yeni minerallar və s. aşkar edilib.

NUHÇIXAN xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika İnstitutunun (GGİ) Palçıq vulkanizmi şöbəsinin müdiri, geologiya-mineralogiya elmləri doktoru, professor Adil Əliyev deyib.

O qeyd edib ki, palçıq vulkanlarının “sakit” dövründə axaraq Yer səthinə çıxardığı palçığın tərkibində təbii əmələ gəlmiş qızıl, gümüş, mis, titan, mineral maddələr və s.-ə rast gəliblər.

Əvvəllər bu sahənin öyrənilmədiyini deyən alimin sözlərinə görə, son 2 il ərzində bu istiqamətdə ukraynalı mütəxəssislərlə birgə iş aparılır.

A.Əliyev bu tədqiqatlar nəticəsində çox yaxşı nəticələrin əldə edildiyini də söyləyib.

Bu istiqamətdə tədiqatların aparılması üçün ölkənin müxtəlif tektonik zonalarından – Abşeron yarımadasında, Şamaxı-Qobustan bölgəsi, Xəzəryanı ərazilərdən, Cənub-şərqi Şirvandan 20 vulkan seçilib:

“Bu vulkanların hamısında təbii əmələ gəlmiş komponentlər aşkarlanıb. Sadəcə, onların tərkibindəki bu elementlərin miqdarı müxtəlifdir. Birində qızıl, birində gümüş, başqa birində həm qızıl, həm gümüş tapılıb”.

A.Əliyev qeyd edib ki, palçıq vulkanlarının palçığındakı qızıl, gümüşdən hər hansı məqsəd üçün ayrıca olaraq, istifadə etmək mümkün deyil. Çünki palçıqlarda onların miqdarı olduqca kiçikdir:

“Onlar 20, 50, 60 mikron, yəni nöqtə boyda olurlar. Palçığın tərkibində qızılın, gümüşün və s-nin necə əmələ gəldiyini, onların əmələ gəlmə səbəblərini öyrənmək elm üçün maraqlıdır. Ona görə də bu nəticələr yalnız elmi cəhətdən böyük maraq doğurur. Bu vaxta qədər bu istiqamətdə məlumatlar olmadığından bu sahənin araşdırılması bizim üçün yeni istiqamətdir. Yalnız Azərbaycanda deyil, ümumiyyətlə, heç dünya miqyasında belə tədqiqatlar aparılmayıb. Bu işlər ilk dəfə Ukraynada aparılıb, indi isə Azərbaycanda aparılır”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: