Azərbaycanda “Yol hərəkətinin təhlükəsizliyi” vahid elektron analitik məlumat bazası yaradılacaq

196

Azərbaycanda “Yol hərəkətinin təhlükəsizliyi” vahid elektron analitik məlumat bazası yaradılacaq.

NUHÇIXAN xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin 2018-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nda bildirilir.

Qeyd olunur ki, yol hərəkətinin təhlükəsizliyi sahəsində fəaliyyət elektronlaşdırılacaq, bir neçə sistem və bazalardan ibarət “Yol hərəkətinin təhlükəsizliyi” vahid elektron analitik məlumat bazası yaradılacaq. Məlumat bazasının yaradılmasının 2019-2021-ci illər ərzində həyata keçirilməsi nəzərdə tutulur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: