Azərbaycanda sentyabrın 1-dən vətəndaşlara yeni nəsil şəxsiyyət vəsiqələri veriləcək.
NUHÇIXAN-ın məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən növbədənkənar plenar iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası vətəndaşının yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqi müddətləri ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişikliklər edilməsi haqqında” qanun layihəsində öz əksini tapıb.
Layihə haqqında məlumat verən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, Azərbaycanda vətəndaşlara yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsi vaxtı bir neçə dəfə dəyişdirilib.
Onun sözlərinə görə, buna səbəb isə yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsi üçün lazımi avadanlığın olmaması idi: “Artıq bu avadanlıq Azərbaycana gətirilib və ölkənin 10 regionunda quraşdırılıb”.
Dəyişikliklər səsə qoyularaq qəbul edilib.