Azərbaycanda ilk dəfə olaraq Rusiya istehsalı olan helikopterlərin əsaslı təmiri həyata keçirilib

168

“Silk Way Helicopter Services” şirkəti yanında Helikopterlərin Əsaslı Təmiri üzrə Servis Mərkəzi ilk dəfə olaraq Mi-8AMT/MTV tipli vertolyotların əsaslı təmirini həyata keçirib.

“Silk Way Helicopter Services”in mətbuat xidmətindən NUHÇIXAN-a bildirilib ki, Azərbaycanda belə mərkəzin yaradılması haqqında qərar 2016-cı ildə Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi (“Azerbaijan International Defence Exhibition” – ADEX) zamanı verilib.

Mərkəzin fəaliyyətinin birinci mərhələsi olaraq 2017-ci il noyabrın 6-dan etibarən “SWHS” aviaşirkətinin baza aeroportu olan Zabrat Hava Limanında Rusiya istehsalı olan Mi-8AMT/MTV vertolyotlarının əsaslı təmirinə başlanılıb. Təmir işləri Rusiyanın “356” saylı aviatəmir zavodunun (Engels şəhəri) mütəxəssisləri ilə birgə, habelə nəzarəti altında aparılıb. Mi-8AMT/MTV vertolyotların təmiri “Silk Way Helicopter Services” MMC-nin mütəxəssisləri ilə birgə yüksək peşəkarlıqla həyata keçirilib.

Aviatəmir zavodunun təmir təlimatına əsasən sökülüb və əsas aqreqatlar təmir olunması üçün “356” saylı zavoda göndərilib. Gələcəkdə bu avadanlıqların təmir edilməsi vertolyotların əsaslı təmirinin tərkib hissəsi kimi Bakı şəhərində nəzərdə tutulub. Həmçinin vertolyotun füzelyajı və elektojuqutlar defektasiya edildikdən sonra təmir edilib.

Hava gəmisinin təmiri zamanı istifadə olunan alətlər, xüsusi aqreqatlar, YSM və sair kimi məsrəf materiallar tam şəkildə “Silk Way Helicopter Services” tərəfindən təchiz edilib.

Belə bir mərkəzin yaradılması Azərbaycanın aviasiya sahəsinin yeni inkişaf mərhələsidir. Bu təkcə yerli məqsədlə deyil, eyni zamanda aviasiya bazarının xarici iştirakçılarını cəlb etmək üçün aviasiya texnikası təmirinin sonrakı mənimsəniməsinə təkan verir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: