Azərbaycana yay fəsli daxil olub

207

Bu gün saat 14:07-də Azərbaycana yay fəsli daxil olub.

Bu barədə NUHÇIXAN-a Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.

Bu günün gündüzü ilin ən uzun gündüzüdür, bu proses 14 saat 43 dəqiqə çəkir. Bu gündən etibarən yaz yay fəsli ilə əvəz olunur.

Qeyd edək ki, bu il Azərbaycanda payız fəsli sentyabrın 23-də Bakı vaxtı ilə saat 05:54-də (payız gecə-gündüz bərabərliyi), qış isə dekabrın 22-si saat 02:22-də (qış Günəş qarşıdurması anı) başlanacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: