“Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi” kitab-albomu nəşr olunub

143

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyəti aparatının elmi irs mərkəzi arxiv sənədləri əsasında icmal şəklində “Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi” kitab-albomunu nəşr etdirib.

AMEA-dan NUHÇIXAN-a bildirilib ki, elmi irs mərkəzinin rəhbəri, tarix üzrə elmlər doktoru Zemfira Hacıyevanın müəllifi olduğu nəşrdə Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti və hökumətinə dair mühüm məlumatlar yer alıb. Həmçinin Cümhuriyyətin Azərbaycan dövlətçiliyinin inkişafındakı rolu rəsmi sənədlərlə oxucuya təqdim olunur.

Kitab-albom Azərbaycan Xalq Cümhuriyyətinin tarixini tədqiq edənlər, ali məktəb tələbələri, magistrant və doktorantlar, eləcə də geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Qeyd edək ki, bu il müsəlman Şərqində ilk parlamentli respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü tamam olur. Bu əlamətdar hadisənin dövlət səviyyəsində layiqincə qeyd edilməsi məqsədilə Prezident İlham Əliyevin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” 2017-ci il 16 may tarixli Sərəncamına əsasən, Nazirlər Kabineti tərəfindən müvafiq tədbirlər planı hazırlanıb. Bundan əlavə, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü ilə əlaqədar respublikamızda və ölkə xaricində silsilə tədbirlər həyata keçirilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: