“Azərbaycan Xalq Cümhuriyyəti-100” adlı sərgi açılıb

126

AMEA Naxçıvan Bölməsinin Mərkəzi Elmi Kitabxanasında Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi ilə əlaqədar “Azərbaycan Xalq Cümhuriyyəti-100” başlıqlı sərgi açılıb.

NUHÇIXAN xəbər verir ki, sərgidə “Azərbaycan Xalq Cümhuriyyəti və Naxçıvan”, “Azərbaycan Xalq Cümhuriyyəti ensiklopediyası” (I və II cild), “Azərbaycanın Paris Sülh Konfransındakı elçiləri”, “İstiqlalın əzablı yolu”, “Azərbaycan Cümhuriyyəti”, “İstiqlal yürüşü-1918”, “Azərbaycan Demokratik Respublikası 1918-1920” və digər kitablar nümayiş olunur.

Ziyarətçilərə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik tarixindən bəhs edən, müxtəlif illərdə qəzet, jurnal və toplularda dərc edilən yazılar təqdim olunur.

Türkanə Bəylərli

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: