Azərbaycan xalçaları ABŞ-ın məşhur məşhur internet saytında

116

 

NUHÇIXAN xəbər verir ki, bu günlərdə dünyanın ən iri onlayn satış sistemi olan ABŞ-ın məşhur və nüfuzlu amazon.com saytında “Azərxalça”nın məhsullarının  nümayişinə və satışına başlanılıb. Saytda satışa çıxarılan məhsulların “Azərxalça” tərəfindən istehsal edildiyi barədə məlumatlar yerləşdirilib. Azərbaycanın xalçaçılıq qrupları haqqında məlumatların yer aldığı saytda xalçaların bədii-texniki göstəriciləri, qiyməti və çatdırılma müddəti də öz əksini tapıb. Dünyanın ən çox baxılan saytlarından biri olan amazon.com-da “Azərxalça”nın məhsullarının satışına başlanılması Azərbaycan xalçalarının beynəlxalq təqdimatı baxımından çox əhəmiyyətli hadisədir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: