Azərbaycan Xalça Muzeyində vətənə qaytarılan qədim xalçaların təqdimatı olacaq

154

NUHÇIXAN xəbər verir ki, sentyabrın 28-də Azərbaycan Xalça Muzeyində muzeyə hədiyyə olunmuş XVII əsrə aid “Naxçıvan” və XIX əsrə aid Qubanın “Hacıqayıb” xalçalarının təqdimatı keçiriləcək. Hər iki xalça Azərbaycan Xalça Muzeyinin “Nadir Azərbaycan xalça nümunələrinin tarixi vətəninə qaytarılması” layihəsi çərçivəsində muzeyə hədiyyə olunub.

XVII əsrə aid “Naxçıvan” xalçası Heydər Əliyev Fondunun təşəbbüsü ilə ölkəyə qaytarılaraq muzeyin kolleksiyasının incisinə çevrilib. Bu xalçanın ara sahəsi mücərrəd formalı “Çələbi” gölü və iri həcmli palmetta elementləri ilə bəzədilib. Naxışlarda ağ, qızılı, göy və digər rənglərin harmonik vəhdəti kompozisiyaya xüsusi gözəllik verir. Xalçanın iri ölçüsü, yüksək peşəkarlıqla yaradılmış kompozisiyası və rənglərin harmoniyası onun böyük karxanalarda xüsusi sifarişlə toxunduğunu sübut edir.

Qeyd edək ki, bu sənət nümunəsi Heydər Əliyev Fondunun muzeyə hədiyyə etdiyi üçüncü eksponatdır. Fond bundan öncə muzeyə XVII əsrə aid Qarabağın “Xətai” xalçasını və XVIII əsrə aid tikmə hədiyyə edib.

Təqdimat mərasimində “Muğam və Ruh” qrupu və Azərbaycan Milli Konservatoriyasının “Əsrlərin sədası” qədim musiqi alətləri ansamblı da çıxış edəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: