Azərbaycan Ümumdünya Şahmat Olimpiadasında liderliyini davam etdirir

175

Gürcüstanın Batumi şəhərində keçirilən 43-cü Ümumdünya Şahmat Olimpiadasında bu gün VI turun görüşləri keçirilib.

NUHÇIXAN-ın məlumatına görə, Azərbaycanın kişilərdən ibarət yığması Çexiya, qadın millisi isə Latviya ilə üz-üzə gəlib. Hər iki görüşdə komandalarımızın qələbəsi qeydə alınıb.

Çexiya ilə qarşılaşmada Şəhriyar Məmmədyarov və Arkadi Naydiç ağ fiqurlarla qalib gəlib, Teymur Rəcəbov və Rauf Məmmədov qara fiqurlarla heç-heçə ediblər.

Latviya ilə görüşün taleyini isə sonuncu lövhədə Ülviyyə Fətəliyevanın qara fiqurlarla qazandığı qələbə həll edib. Zeynəb Məmmədyarovanın istirahət etdiyi qarşılaşmada Günay Məmmədzadə, Xanım Balacayeva və Gülnar Məmmədova heç-heçə edib.

43-cü Ümumdünya Şahmat Olimpiadası, VI tur

Kişilər

Azərbaycan – Çexiya – 3:1

Şəhriyar Məmmədyarov – David Navara – 1:0

Teymur Rəcəbov – Viktor Lazniçka – 0,5:0,5

Arkadi Naydiç – Zbinek Qraçek – 1:0

Rauf Məmmədov – İrji Stoçek – 0,5:0,5

Qadınlar

Azərbaycan – Latviya – 2,5:1,5

Günay Məmmədzadə – Laura Roqule – 0,5:0,5

Xanım Balacayeva – İlze Berzina – 0,5:0,5

Gülnar Məmmədova – Linda Krumina – 0,5:0,5

Ülviyyə Fətəliyeva – Elizabete Limanovska – 1:0

Bu nəticələrdən sonra Azərbaycanın kişilərdən ibarət yığması 12 xalla Polşa ilə birgə liderliyini davam etdirir. Qadın millisi isə 10 xalla 7-ci pillədə qərarlaşıb. VII turda rəqiblər müvafiq olaraq, Polşa və İtaliya olacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: