Azərbaycan UEFA reytinqində 1 pillə geriləyib

171

Avrokubokların II təsnifat mərhələsinin ilk oyunları başa çatıb. NUHÇIXAN-ın məlumatına görə, Avropa Liqasında 46 qarşılaşma keçirilib.

Bu matçlar UEFA reytinqində bəzi dəyişikliklərə səbəb olub. Qitənin ikinci dərəcəli klub turnirində təmsilçisi qalmayan Azərbaycanın da mövqeyi dəyişib.

Belə ki, komandaları uğurlu çıxış edən Belarus ölkəmizi arxada qoyub. 22-ci olan Azərbaycan 23-cü sıraya enibsə, belaruslular 23-cü yerdən 21-ə, Polşa 21-dən 20-yə yüksəlib. 2 pillə geriləyən İsveç isə 22-ci sıraya düşüb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: