Bu ilin noyabrında Qazaxıstanın Almatı şəhərində 5 sərgi keçiriləcək.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) NUHÇIXAN-a bildiriblər ki, bunlar “XXII Beynəlxalq FoodExpo” (qida sənayesi), “XIV Beynəlxalq Agroworld” (kənd təsərrüfatı), “IV Beynəlxalq ColdChain” (logistika), “XVII Beynəlxalq QazPack” (tara) və “XV Beynəlxalq Horex” (restoran avadanlığı və xidmətləri) sərgiləridir.
Azərbaycanda fəaliyyət göstərən sahibkarlar və iş adamları bu sərgilərdə iştirak edə bilərlər.
İştirakçılar bu sərgilərdə öz məhsul və ya xidmətlərini təqdim edəcək, müvafiq sahələr üzrə mütəxəssislərlə birbaşa təmas quracaq və dünyanın müxtəlif ölkələrindən sərgiyə gələn sahibkarlar ilə biznes əlaqələri yarada biləcəklər.