Azərbaycan rusiyalı turistlərin yayda münasib qiymətə istirahət etdikləri ölkələr siyahısında birincidir

74

Azərbaycan rusiyalı turistlərin yayda münasib qiymətə istirahət etdikləri ölkələr siyahısında birincidir. İlk onluğa, həmçinin Vyetnam, Türkiyə, Gürcüstan, Albaniya, Rumıniya, Polşa, Bolqarıstan, Monteneqro və digər ölkələr daxildir.

NUHÇIXAN “Skyscanner” saytına istinadla xəbər verir ki, xərclər Rusiyadan olan iki nəfər üçün ikihəftəlik səyahətə hesablanıb. Ucuz istiqamətlər reytinqinə Azərbaycan kurortları daxil edilib: rusiyalılara Xəzər dənizi sahilində iki həftə ərzində ikinəfərlik səyahət 1602 dollara başa gəlir.

Saytın təqdimatında qeyd olunduğu kimi, Azərbaycanda bir neçə məzuniyyət keçirsəniz də azdır. Buraya Qafqaz mətbəxi ilə tanış olmaq üçün Bakıya və Şəkiyə gəlir, Heydər Əliyev Mərkəzində müasir incəsənətdən zövq almağa, Naftalanda müalicəvi neft (palçıq) vannaları qəbul etməyə və Qobustanda qədim qayaüstü yazıların sirlərini anlamağa gəlirlər. Bakıda “Alov qüllələri”ndən, “Atəşgah” məbədi və “Yanardağ” kimi görməli yerlərdən sonra “Göygöl” Milli Parkında sərinlənmək olar: sıra dağların və yaşıl meşələrin qoynunda əsrarəngiz göl gizlənir. Burada hətta avqust ayında hava müsbət 17 dərəcədir. Əgər siz doyunca çimmək istəsəniz, o zaman Azərbaycanın Xəzər kurortlarına getməyiniz məsləhət görülür.

Azərbaycanda harada dincəlmək ucuz başa gələr: azərbaycanlıların özlərinin dediyi kimi, əgər çimərlik istirahəti başlıca məqsədiniz deyilsə, o zaman təxminən 1 saatlıq məsafədə yerləşən Bakı çimərliklərinə baş çəksəniz, sizə münasib olar. Bilgəh qəsəbəsinin çimərliyi narın qumdur – burada uşaqlarla dincəlmək əlverişlidir. Zuğulba çimərliyi qayaları ilə məşhurdur: su tamamilə şəffafdır, lakin burada çimmək yalnız küləksiz havada məsləhət görülür. Əgər qumluğu xoşlayırsınızsa, o zaman qonşu qəsəbəyə – Mərdəkana gedin. Burada hər cür şərait yaradılıb: soyunub-geyinmə və duş kabinələri, gündən qorunmaq üçün çətirlər, restoranlar və s. Mərdəkan çimərliklərində qiymətlər infrastrukturun dərəcəsinə görə yüksəkdir. Əgər vaxtınız təkcə Bakıya və şəhərətrafına deyil, digər yerlərə də baxmağa çatırsa, o zaman qədim Lənkəran şəhərinə – gözəl, çox da baha olmayan Xəzər kurortuna baş çəkin. Burada su təmiz, yerli qara qum isə müalicəvi sayılır. Dənizdə daha ucuz qiymətə bir də Nabranda dincəlmək mümkündür. Çimərlik buranın relyefinə uyğun fıstıq və qarağac meşələri ilə əhatə olunub. Bura yerli camaatın sevimli istirahət məkanıdır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: