Azərbaycan Premyer Liqasının XIV turunun oyunlarını idarə edəcək hakimlər açıqlanıb

92

Topaz Premyer Liqasının XIV turunun oyunlarını idarə edəcək hakimlər açıqlanıb.

NUHÇIXAN Peşəkar Futbol Liqasının saytına istinadla xəbər verir ki, turun dörd oyunu da dekabrın 9-da keçiriləcək. Saat 16:00-da start götürəcək açılış matçını – “Sabah”-“Keşlə” görüşünü Orxan Məmmədov idarə edəcək. Qarşılaşma “Əlincə Arena”da oynanılacaq.

Saat 17:00-da başlayacaq “Zirə” – “Qarabağ” matçında baş hakim funksiyasını Əliyar Ağayev yerinə yetirəcək.

Turun digər oyunu “Bayıl Arena”da keçiriləcək. “Səbail” – “Qəbələ” qarşılaşmasında ədaləti təmin etmək Səbuhi Bayramova həvalə olunub. Matç saat 17:30-da başlayacaq.

Günün və turun sonuncu matçı isə “Bakcell Arena” stadionunda saat 19:30-da baş tutacaq. Lider “Neftçi” klubu “Sumqayıt” komandasını qəbul edəcək. Matçı Rəvan Həmzəzadə idarə edəcək.

Turun bütün görüşləri “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.

Xatırladaq ki, 13 turdan sonra turnir cədvəlinə 32 xalla “Neftçi” komandası başçılıq edir. Ağdamın “Qarabağ” klubu 27 xalla ikinci, 20 xalı olan “Səbail” üçüncü, debütant “Sabah” isə 17 xalla dördüncü yerdə qərarlaşıblar. Digər pillələrdə müvafiq olaraq, “Qəbələ” (16), “Sumqayıt” (14), “Zirə” (10) və “Keşlə” (9) klubları yer alıblar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: