Azərbaycan müəllimlərinin XV qurultayı keçiriləcək

101

Noyabrın 28-də Bakı Konqres Mərkəzində Azərbaycan müəllimlərinin XV qurultayı keçiriləcək.

Təhsil Nazirliyindən NUHÇIXAN-a bildiriblər ki, qurultayda dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, tanınmış ziyalılar, media qurumlarının rəhbərləri, təhsil ictimaiyyətinin nümayəndələri iştirak edəcəklər.

Qurultayda “Azərbaycan Respublikasında təhsilin İnkişafı üzrə Dövlət Strategiyası”ndan irəli gələn məsələlər və qarşıya qoyulan əsas hədəflərin həyata keçirilməsi məsələləri müzakirə olunacaq.

Eyni zamanda, ümumi təhsil sahəsi ilə bağlı panel müzakirələr aparılacaq.

Qeyd edək ki, müəllimlərin qurultayı ənənəvi olaraq 5 ildən bir keçirilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: