Azərbaycan millisinin futbolçusu Avstriya klubu ilə razılaşıb

188

Türkiyənin “Trabzonspor” klubu ilə yollarını ayıran Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev karyerasını Avstriyada davam etdirəcək.

NUHÇIXAN xəbər verir ki, 22 yaşlı hücumçu bu ölkənin Bundesliqasında çıxış edən “Mattersburq”la anlaşıb. Onunla bu həftə ərzində müqavilə bağlanılacağı gözlənilir.

Qeyd edək ki, Ramil Şeydayev 2016-cı ildə Rusiyanın “Zenit” komandasından “Trabzonspor”a keçib. O, 2017-ci ilin yanvarında Slovakiya “Jilina”sına, ötən ilin yayında isə “Qarabağ”a icarəyə verilmişdi.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: