Azərbaycan məscidlərində bayram namazı qılınıb

195

Müqəddəs Qurban bayramı ilə əlaqədar avqustun 22-də səhər Azərbaycanda fəaliyyət göstərən məscidlərdə bayram namazı qılınıb.

NUHÇIXAN xəbər verir ki, bayram namazı Bakıda saat 08:00-da Əjdərbəy məscidində, saat 09:00-da isə Təzəpir məscidində qılınıb.

Təzəpir məscidində qılınan namazda Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə də iştirak edib.

Yüzlərlə paytaxt sakininin qatıldığı bayram namazında dualar edilib, Allahdan mərhəmət, əmin-amanlıq və ruzi-bərəkət dilənilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: