Azərbaycan məhsulları Parisdə nümayiş etdiriləcək

154

Azərbaycan məhsulları Parisdə nümayiş olunacaq.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a bildiriblər ki, sentyabrın 10-da keçirilmiş İxracatçılar Klubunun növbəti iclasında oktyabrın 21-25-də Parisdə təşkil ediləcək “Sial Paris” sərgisində iştirak edəcək Azərbaycan şirkətlərinin nümayəndələri ilə müzakirələr aparılıb. Nazirliyin dəstəyi və AZPROMO-nun təşkilatçılığı ilə keçirilən tədbirdə qida məhsullarının istehsalı sahəsində fəaliyyət göstərən 20-dən çox şirkətin təmsilçisi iştirak edib.

İclasda Azərbaycan istehsalı olan məhsulların ixracının genişləndirilməsi istiqamətində görülən işlərin önəmi, “Made in Azerbaijan” brendinin təbliği üçün dövlətin maliyyə dəstəyi ilə bu il də dünyanın müxtəlif ölkələrində bir çox sərgi və digər formatlı tədbirlərin keçiriləcəyi vurğulanıb.

İxracatçılar Klubunun icraçı direktoru Zöhrab Qədirov xarici ölkələrdə təşkil olunan beynəlxalq sərgilərin, o cümlədən “Sial Paris” sərgisinin Azərbaycan məhsullarının “Made in Azerbaijan” brendi altında tanıdılması, yerli məhsulların ixracının genişləndirilməsi üçün əhəmiyyətindən danışıb.

Tədbirdə yerli şirkətlərin xarici bazarlara və ixrac prosedurlarına dair sualları cavablandırılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: