2019-cu ilin payızında Rusiya Federasiyasının Stavropol diyarında I Beynəlxalq Qafqaz İqtisadi Forumu keçiriləcək.
NUHÇIXAN xəbər verir ki, bunu Rusiyanın Şimali Qafqaz işləri üzrə naziri Sergey Çebotarev deyib.
“Artıq cəsarətlə demək olar ki, 2019-cu ildə Beynəlxalq Qafqaz İqtisadi Forumunun keçirilməsi razılaşdırılıb. Artıq Rusiya Federasiyası Prezidentinin Administrasiyasında müzakirələrin son ştrixləri həyata keçirilir. Biz qərara gəldik ki, foruma Qafqaz adını verək. Hesab edirəm ki, Qafqaz sərhədlərə bölünmüş olsa da, mental olaraq birdir, vahid orqanizmdir”,- deyə S.Çebotarev diqqətə çatdırıb.