Müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələri komandanı, general-leytenant Ramiz Tahirovun rəhbərlik etdiyi nümayəndə heyəti Pakistanda səfərdədir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a bildiriblər ki, Azərbaycan nümayəndə heyəti noyabrın 27-dən 30-dək Karaçi şəhərində keçiriləcək “IDEAS-2018” 10-cu Beynəlxalq Müdafiə Sərgisi və seminarında iştirak edəcək.