Azərbaycan güləşçiləri Rusiyada 2 qızıl, 1 gümüş medal qazanıblar

52

Azərbaycanın sərbəst güləşçiləri Rusiyanın Kaspiysk şəhərində beşqat dünya çempionu Əli Əliyevin xatirəsinə həsr olunmuş ənənəvi beynəlxalq turnirdə üç medal qazanıblar.

NUHÇIXAN xəbər verir ki, Hacımurad Hacıyev (70 kq), İbrahim Yusubov (79 kq) və Aslanbek Alborov (92 kq) finala qədər bütün rəqiblərindən üstün olub. Həlledici görüşdə Hacıyev yerli idmançı Abdulhacı Maqomedovu üstələyib və qızıl medal qazanıb.

Digər qızıl medalı yığmaya finalda Özbəkistan idmançısı Rəşid Qurbanovu məğlub edən Yusubov qazandırıb. Alborov isə gümüş medalla kifayətlənib.

Görüşlərin idarə edilməsində Azərbaycanı beynəlxalq dərəcəli hakimlər Vaqif Zeynallı, Kamran Əliyev, Zaur Şərifov və Babək Allahverdiyev təmsil edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: