Azərbaycan dili ilə bağlı konfrans təşkil olunub

112

NUHÇIXAN xəbər verir ki, “Naxçıvan” Universitetində Azərbaycan dili  və ədəbiyyat kafedrasının təşkilatçılığı ilə “Azərbaycan dilinin aktual problemləri: köhnəlmiş sözlər və dialektizm” mövzusunda konfrans keçirilib.

Konfransda müxtəlif mövzularda çıxışlar olub. Bildirilib ki, hər birimiz milli sərvətimiz olan ana dilimizin daim keşiyində durmalı, onun qorunması sahəsində hər bir vətəndaş öz imkanları çərçivəsində əlindən gələni etməlidir. O da diqqətə çatdırılıb bəzi hallarda elmi konfranslarda, mədəni-kütləvi tədbirlərdə, kütləvi informasiya vasitələrində, eləcə də elmi məqalələrdə Azərbaycan dilinin üslub və qrammatik qaydalarına riayət olunmur.

Sonda tədbir iştirakçıları üçün mövzu ilə bağlı slay nümayiş olunub.

Nuray Əsgərova

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: