Azərbaycan cüdoçusu “Qran-Pri” yarışında bürünc medal qazanıb

190

Xorvatiyanın paytaxtı Zaqrebdə cüdo üzrə “Qran-Pri” yarışı keçirilir.

Azərbaycan Cüdo Federasiyasından NUHÇIXAN-a verilən məlumata görə, beynəlxalq turnirin ikinci günü millimiz aktivinə bir medal yazdırıb.

73 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Rüstəm Orucov mötəbər turnirin bürünc medalını qazanıb.

Qeyd edək ki, 78 ölkədən 508 (326 kişi, 182 qadın) cüdoçunun qüvvəsini sınadığı “Qran-Pri”də Azərbaycan millisi 11 (10 kişi, 1 qadın) cüdoçu ilə təmsil olunur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: