Azərbaycan cüdoçusu Avropa kubokunun qızıl medalını qazanıb

53

Rusiyanın Orenburq şəhərində cüdo üzrə Avropa kuboku yarışları keçirilib.

NUHÇIXAN xəbər verir ki, turnirdə 60 kiloqram çəki dərəcəsində Azərbaycan finalı olub. Belə ki, Mehman Sadıqov və Kəramət Hüseynov bütün rəqiblərinə qalib gələrək həlledici qarşılaşmada görüşüblər. Nəticədə Mehman Sadıqov qızıl, Kəramət Hüseynov gümüş medal qazanıblar.

Qeyd edək ki, Orenburq turnirində 16 ölkədən 279 cüdoçu mübarizə aparıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: