Azərbaycan alimlərinin monoqrafiyası “Springer” nəşriyyatında çapdan çıxıb

163

Azərbaycan alimləri Əhəd Canəhmədov və Maksim Cavadovun həmmüəllifi olduqları “Elastomerlər tribologiyasına fraktal yanaşma” (Fractal appoach to Tribology of Elastomers”) adlı 400 səhifəlik monoqrafiyası ABŞ-ın İsveçrədəki məşhur “Springer” nəşriyyatında çapdan çıxıb.

NUHÇIXAN xəbər verir ki, monoqrafiyada polimerlər və elastomerlərin möhkəmlik və dağılma problemləri üzrə uzunmüddətli tədqiqatların nəticələri sistemləşdirilib.

Polimerlərin fizikası və mexanikasında bərk cismin fizikasının, maye hal fizikasının, termodinamika və statistik fizikanın ideya və metodları geniş istifadə olunur. Əsərdə müasir möhkəmlik nəzəriyyəsi, fraktallar yanaşmasından, kinetik və termodinamik nəzəriyyəsindən, həmçinin dağılma mezomexanikasından dağılma mexanizmi izah olunur.

Mürəkkəb dinamik yükləmələr şəraitində elastomerlərin sürtünməsinin modelləşdirilməsində ölçünün reduksiya üsulu göstərilir. Dağılma mexanizmləri və relaksasiya hadisələri arasında əlaqə təhlil edilir, özükipləndirmə effekti ilə müşahidə olunan konkret iş şəraiti nəzərə alınaraq kipləndirici düyünlər haqqında yeni eksperimental məlumatlar verilir.

Kitab müəlliflərin orijinal işləri əsasında yazılıb və tribologiya elminin fraktalın tətbiqi ilə fıziki hadisə kimi öyrənilməsinə həsr olunub. Qəbul edilmiş modellər, məsələlər və onların həlli neft sənayesindən seçilmiş real nümunələrdə əksini tapıb.

Monoqrafiya dağılma mexanikası və maşınqayırma, kimya və sənayenin başqa sahələrində polimer və elastomer materiallarının tətbiqi məsələləri ilə məşğul olan elmi və mühəndis-texniki işçilər, həmçinin aspirantlar və ali məktəblərin yuxarı kurs tələbələri üçün nəzərdə tutulub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: