“Azərbaycan ədəbiyyatında erməni xisləti” kitabı Tehranda çap olunub

139

Filologiya üzrə elmlər doktoru, professor Buludxan Xəlilovun “Azərbaycan ədəbiyyatında erməni xisləti” kitabı Tehranda “Xüdafərin” jurnalının baş redaktoru Hüseyn Soytürkün rəhbərliyi altında fars əlifbası ilə çap olunub.

NUHÇIXAN xəbər verir ki, kitabın elmi redaktoru siyasi elmlər doktoru, professor Hikmət Babaoğlu, rəyçiləri isə filologiya üzrə fəlsəfə doktoru Ağasən Bədəlzadə və tarix üzrə fəlsəfə doktoru, Dövlət mükafatı laureatı Nazim Mustafadır.

Müəllif Mirzə Fətəli Axundzadənin, Cəlil Məmmədquluzadənin, Nəriman Nərimanovun, Cəfər Cabbarlının, Üzeyir Hacıbəylinin, Yusif Vəzir Çəmənzəminlinin yaradıcılığı əsasında ermənilərin qorxaqlığı, ikiüzlülüyü, azərbaycanlıları əsas hədəf kimi götürmələri, milli ədavətin qızışdırıcısı və iştirakçısı olmaları kimi məsələləri şərh və təhlil edib.

Bundan başqa, nəşrdə erməni-müsəlman münasibəti, ermənilərin qonşu xalqlara xəyanəti, hazırda yaşadıqları əraziyə gəlmələri, həmişə “xristianlıq mərhəməti”ndən öz mənfəətləri naminə istifadə etmələri bədii mətnlərə istinadla oxuculara təqdim olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: