“Azər” poemasına həsr olunan elmi konfrans keçirildi

123

NUHÇIXAN xəbər verir ki, AMEA Naxçıvan Bölməsində XX əsr Azərbaycan və dünya romantizminin görkəmli nümayəndəsi, dahi dramaturq Hüseyn Cavidin “Azər” poemasına həsr olunan elmi konfrans keçirilib.

Qeyd olunub ki, Hüseyn Cavidin böyük istedadla yazdığı zəngin dramatik əsərləri Azərbaycan ədəbiyyatının qızıl fondunu təşkil edir. Hər bir əsərində humanist ideyalarla çıxış edən görkəmli dramaturq bütün bəşəriyyətin xilası və nicatını məhəbbətdə, sülh və barışda görüb. Bu baxımdan ədibin “Azər” poeması da sülhə, humanizmə, ədalətə inam və çağırışlar ifadə edən sanballı əsərdir.

Hüseyn Cavidin “Azər” poemasının Naxçıvan Muxtar Respubikası Ali Məclisi Sədrinin imzaladığı Sərəncamla “Oxunması zəruri olan kitablar siyahısı”na düşməsi böyük mütəfəkkirə olan dövlət qayğısının davamı və bariz nümunəsidir. Gələcək nəsillər bu əsəri mütaliə etdikcə Cavid sənəti ilə keçmişimizə və xalqımızın taleyinə daha dərindən nüfuz edəcək.

Türkan Bəylərli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: