“Azərbaycan dili” fənnindən imtahanın nəticələri açıqlanı

47

Dövlət İmtahan Mərkəzinin (DİM) aprelin 22-də Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Şəki, Bərdə, Göyçay, Lənkəran, Şirvan və Xaçmaz şəhərlərində ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən abituriyentlər üçün keçirdiyi Azərbaycan dili imtahanının nəticələri açıqlanıb.

Mərkəzdən NUHÇIXAN-a verilən məlumata görə, imtahanın nəticələri aprelin bu gün saat 15:25-dən etibarən DİM-in internet saytında yerləşdirilib.

İmtahanda iştirak etmiş abituriyentlər DİM-in internet saytı vasitəsilə nəticələri haqqında məlumatla, həmçinin cavab kartının qrafik təsviri ilə tanış ola bilərlər. Abituriyentlər imtahanın nəticələri haqqında məlumatı bütün mobil operatorlar vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

İmtahanda iştirakı nəzərdə tutulan (9 illik və 11 illik təhsil bazasında) 6172 (520+5652) abituriyentdən 274 nəfəri imtahana gəlməyib. 2 nəfər qaydaları pozduğu üçün imtahandan xaric olunub. İmtahanda iştirak edən 5896 (305+5591) abituriyentdən 5247 (172+5075) nəfəri tələb olunan müsabiqə şərtini ödəyərək “məqbul” qiymət alıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: