Avropanın ən güclü klubları müstəqil elit liqa yaratmaq istəyirlər

113

Avropanın ən güclü futbol klubları UEFA Çempionlar Liqasına rəqib olacaq yeni elit liqa yaratmaq istəyirlər.

NUHÇIXAN Almaniyanın “Spiegel” jurnalına istinadla xəbər verir ki, son üç il ərzində müstəqil elit liqa yaradılması üzrə danışıqlar aparan “Bavariya”, “Borussiya” (Dortmund), “Real” (Madrid), “Yuventus”, “Arsenal” (London), “Barselona” və “Milan” klubları bu ay niyyət bəyannaməsi imzalamağa hazırlaşırlar.

Superliqa yaradılması üzrə yeni layihəyə görə, Avropaının 11 komandası UEFA-nı tərk edərək 2021-ci ildə öz turnirlərini keçirəcəklər. Klublar bu turnirdə 20 il müddətinə və superliqadan çıxmamaq şərti ilə çıxış edəcəklər. Daha beş komanda superliqaya qonaq qismində dəvət olunacaq. Beləliklə, turnir 16 klubun iştirakı ilə keçiriləcək.

Superliqanın əsasını “Bavariya”, “Real” (Madrid), “Yuventus”, “Çelsi”, “PSJ” (Paris), “Arsenal” (London), “Barselona”, “Milan”, “Liverpul”, “Mançester siti” və “Mançester Yunayted” komandaları qoyurlar.

Dəvət olunan komandalar isə “Borussiya”, “Atletiko” (Madrid), “Marsel”, “İnter” və “Roma”dır.

TASS agentliyinin xəbərinə görə, “Bavariya” klubu bu planların fonunda hələ 2016-cı ildə alman bundesliqasını tərk etməyin hüquqi əsasları ilə bağlı vəkil kontoruna müraciət edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: