Avropada ilk dəfə aeroportda sifətin tanınması sistemi tətbiq olunub

192

Oslo aeroportunda Fransanın “IDEMIA” şirkəti tərəfindən hazırlanmış “MorphoFace” adlı sifətin tanınması sistemi tətbiq edilib. Sözügedən sistem avtomatlaşdırılmış sərhəd nəzarət-buraxılış məntəqələri avadanlığının bir hissəsi olub.

NUHÇIXAN “ixbt.com” saytına istinadla xəbər verir ki, bundan əvvəl “MorphoFace” sistemi Yeni Zelandiya və Sinqapurun Çanqi aeroportunun yeni “T4” terminalında uğurla tətbiq edilib. Sistem həmin aeroportlarda reysləri avtomatik qeydə almağa xidmət edir. Avropada ilk dəfə Oslo aeroportu “MorphoFace” adlı sifətin tanınması sistemi ilə təchiz edilib.

Yeni sistem Oslo aeroportunda sərhəd nəzarət məntəqələrinin buraxılış qabiliyyətini artıraraq köhnə infrastrukturu əvəz edəcək.

“IDEMIA” şirkətinin mütəxəssisləri tərəfindən hazırlanmış texnologiya hərəkətdə olan sifətin təsvirini ələ keçirərək onu tanıyır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: