Futbol üzrə Avropa Liqasında II təsnifat mərhələsinin ilk oyunları keçirilib.
NUHÇIXAN-ın məlumatına görə, Rusiyada startı verilmiş 46 qarşılaşma İspaniyada tamamlanıb. Bu mərhələdə Azərbaycanı heç bir klub təmsil etməyib. I təsnifat mərhələsində “Keşlə”ni iki oyunun yekununda yenən “Baltsan” Maltada Slovakiyanın “Slovan” (Bratislava) komandasını da yenməyi bacarıb. “Qəbələ”ni üstələmiş Lüksemburq “Proqres”i Macarıstanda “Honved”ə 0:1 hesabı ilə uduzub. “Neftçi”ni cavab görüşündə 4:0 hesabı ilə məğlub edən Macarıstan “Uypeşt”i isə İspaniyada “Sevilya”ya eyni hesabla darmadağın edib.
“Qarabağ”ın Albaniyanın “Kukesi” komandası ilə Çempionlar Liqasının II təsnifat mərhələsində keçirdiyi görüşlərdə məğlub olacaq komandaya rəqib dueldə Gürcüstanın “Torpedo” (Kutaisi) klubu Farer adaları “Vikinqur”unu məğlubiyyətə uğradıb. Azərbaycan təmsilçisinin Çempionlar Liqasının I təsnifat mərhələsində qalib gəldiyi “Olimpiya” isə Sloveniyanın paytaxtı Lyublyanada Şimali İrlandiya “Kruzaders!”ini darmadağın edib – 5:1.