Avropa ittifaqı Naxçıvanla əməkdaşlığa maraqlıdır

230

Avropa İttifaqı Naxçıvanın iqtisadi və təhsil sahəsindəki potensialını yüksək dəyərləndirir. Gələcəkdə bu istiqamətdə əməkdaşlığa hər zaman hazırıq. Bu fikirləri Naxçıvanda keçirilən “Avropa Günləri”ndə sözügedən qurumun Azərbaycandakı nümayəndəliyinin rəhbəri KestutisYankauskas NUHÇIXAN-a bildirib. Avropa İttifaqının rəsmisi bildirib ki, biz Azərbaycanla bir çox istiqamətdə-ticarət, nəqliyyat sahələrində  əməkdaşlıq edirik. Bu gün bizim təhsil sahəsində çoxlu layihələrimiz hazırlanıb. Hiss edirik ki, Bakıda və bütün  regionlarda, o cümlədən  Naxçıvanda Avropa İttifaqının ən müasir texnologiyaları tətbiq edilir. Bunu çox yaxşı hal adlandıran KestutisYankauskas qarşılıqlı əməkdaşlığı ilk növbədə təhsil, ticarət və turizm sahələrində gücləndirməkdə maraqlı olduqlarını bildirib. O qeyd edib ki,  Avropa İttifaqı 50 milyonluq böyük bir  ticarət imkanı deməkdir. Öz iqtisadiyyatını dayanmadan genişləndirən, daha çox turistləri öz ölkəsinə dəvət edən Azərbaycan üçün bu çox vacibdir. Naxçıvanda olarkən buranın necə təmiz, gözəl olduğunu gördük. Buranın insanları şən və səmimidir. Düşünürük ki, bu bizim gələcək əməkdaşlığımızın əsası ola bilər. Avropalı qonaq onu da qeyd edib ki, gələcəkdə dostluğumuzun əsasında bir birimizi yaxşı tanımaq dayanır. “Bu gün Avropa ölkələri özlərinin stendlərini bura gətiriblər. Biz Naxçıvanın universitetlərini, orta məktəblərini gəzdik. Hər bir səfir öz ölkəsi haqqında danışdı. Öz turizm imkanlarını, ticarət istiqamətlərini, hansı sahələrdə əməkdaşlıq etməyin mümkünlüyünü  təqdim etdi.  Bu gün bizim Naxçıvanla aramızda olan turist mübadiləmiz çox zəifdir. Bunu heç də yaxşı hal hesab etmirəm. Bunun üzərində ciddi şəkildə işləmək lazımdır”- deyib. Bundan başqa cənab KestutisYankauskas bildirib ki, avropalı diplomatlar  Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı naziri ilə görüşüblər  və əməkdaşlıq barədə müzakirələr aparılıb. Qeyd olunub ki,  Avropa İttifaqının bu sahədə  bir çox proqramı və ən müasir texnologiyası var. İdarəetmə, kənd təsərrüfatı texnologiyası ilə bağlı Azərbaycan  hökumətinin , o cümlədən Naxçıvan tərəfin  də maraqları üst-üstə düşür. Biz bununla bölüşməyə hazırıq. Gələcəkdə Naxçıvana bu sahədə mütəxəssislər dəvət oluna və seminarlar keçirilə bilər.

Naxçıvandakı bir sıra istehsal sahələri artıq Avropa İttifaqına məhsul ixrac edir. Amma potensial daha çox ola bilər. Budəfəki görüşlərdən sonra Avropa İttifaqının təhsil ocaqlarına daha çox tələbə qəbul olunacaq. Sonra isə onlar qayıdaraq  bizim təcrübəni burada həyata keçirə biləcəklər. Nəticədə isə həm turizm, həm də ticarət əlaqəli şəkildə inkişaf edəcək.

Səməd Canbaxşiyev

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: