Avqust ayı üzrə bank sektorunun icmal göstəriciləri açıqlanıb

144

Avqustun 31-nə Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 28,127.1 milyon manat, kredit portfeli 11,905.5 milyon manat, cəmi öhdəlikləri isə 24,077.5 milyon manat təşkil edib.

Maliyyə Bazarlarına Nəzarət Palatasının mətbuat xidmətindən NUHÇIXAN-a bildiriblər ki, sektorun balans kapitalı 4,049.6 milyon manat olub. Avqust ayı ərzində bank sektorunun aktivləri 0.7 faiz (196.4 milyon manat), öhdəlikləri 0.3 faiz (79.2 milyon manat), balans kapitalı isə 3 faiz (117.2 milyon manat) artıb. Bank sektorunda kredit aktivliyi davam edir. Avqust ayında bankların kredit portfeli 1.2 faiz (135.9 milyon manat) artıb. Ümumilikdə cari ilin əvvəli ilə müqayisədə kredit portfeli üzrə 5 faiz (567.9 milyon manat) artım olub.

Daha sabit maliyyələşmə mənbəyi hesab olunan əhalinin müddətli əmanətləri avqust ayı ərzində 0.2 faiz (13.8 milyon manat) artıb. Ümumilikdə isə cari ilin avqust ayında fiziki şəxslərin əmanətləri 0.4 faiz (28.6 milyon manat) azalaraq 7,939.9 milyon manat təşkil edib.

Bank sektoru cari ilin 8 ayı ərzində 441 milyon manat əməliyyat mənfəəti, 103.8 milyon manat xalis mənfəət generasiya edib.

Fəaliyyət göstərən 30 bankın filiallarının sayı 511, şöbələrinin sayı 143, ATM-lərin sayı 2 468 olub. Bütövlükdə, bank sektorunun işçi heyəti avqust ayı ərzində 0.4 faiz (61 nəfər) artaraq 16 min 936 nəfərə çatıb. Ümumilikdə, ilin əvvəlindən sektorda çalışanların sayı 4.7 faiz (765 nəfər) artıb.

Avqustun 31-nə bank sektorunun əsas göstəriciləri bank sektorunun icmal göstəricilərində öz əksini tapıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: