Aviakassa binasında əsas tikinti işləri yekunlaşıb

324

Bu gün Şahbuz şəhərinin bir neçə istiqamətində quruculuq işləri gedir. Şəhərimizin hüsnünə xüsusi yaraşıq verən ünvanlardan biri də aviakassa binasıdır. Ümummilli lider Heydər Əliyevin adını daşıyan prospektdə inşa olunan 2 mərtəbəli binada əsas tikinti işləri yekunlaşdırılıb. Binanın birinci mərtəbəsində gözləmə zalı, bilet satışı kassaları, təhlükəsizlik və texniki otaqlar, eyni zamanda məlumat köşkü, ikinci mərtəbədə isə aviakassa işçiləri üçün müasir xidmət otaqları və mətbəx inşa olunur ki, həmin otaqlarda suvaq və hörgü işlərinə başlanılıb. Yaxın zamanlarda aviakassa binasında  rayon sakinlərinə Naxçıvan-Bakı və digər istiqamətlərlə yanaşı, həm də Bakı şəhərindən başqa ölkələrə getmək üçün də bilet satışı həyata keçiriləcək. Binanın tikintisi hər bir  rayon sakinini sevindirir. Çünki aviakassa binası istifadəyə veriləndən sonra onların rahatlığı baxımından mühüm əhəmiyyət daşıyacaq, əlavə vaxt itkisinin qarşısı alınacaq.

 

Novruz Məmmədov

“Oğuz səsi” qəzeti

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: