Atçılıq və İstirahət Mərkəzində uşaqlar üçün əyləncə gecəsi təşkil olunacaq

681

Məktəblilərin 3 ay davam edən  yay tətilinin sona çatması və Bilik Günü münasibətilə  Naxçıvan Atçılıq və İstirahət Mərkəzində uşaqların əyləncəsi üçün müxtəlif tədbirlər həyata keçiriləcək.

NUHÇIXAN xəbər verir ki, sentyabrın 15-də saat 19-30 da Badaşqan kəndindəki istirahət mərkəzində başlanacaq əyləncəli proqramda  şən klounlar da iştirak edəcəklər. Əyləncəli və maraqlı repertuar əsasında təşkil edilən şənlikdə uşaqlar arasında yarışlar da keçiriləcək. Bir sözlə, hər kəs  bu tədbirin fəal iştirakçısına çevriləcək. Sonda isə yarışın nəticələrinə görə fəallıq göstərən uşaqları  hədiyyələr gözləyir. Onlar  təşkilatçılar tərəfindən   mükafatlandırılacaqlar.

Bu ilki yay tətilinin son günü və Bilik Gününü yadda qalan etmək istəyən hər kəs tədbirə qatıla bilər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: