ATƏT PA-nın vitse-prezidenti: AŞPA-nın Azərbaycan nümayəndə heyətinin rəhbəri ilə bağlı qərarı ziddiyyətlərlə doludur

116

AŞPA-nın Azərbaycanın bu təşkilatdakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovla bağlı qərarı ziddiyyətlərlə doludur, tam əsassızdır. Bu, olduqca ədalətsiz, qərəzli yanaşmadır. AŞPA heç bir halda öz dəyərlərinə hörmətsizlik etməməli, hər hansı sifarişlə bir ölkəni seçərək ona qarşı belə əsassız addım atmamalıdır.

NUHÇIXAN xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında ATƏT PA-nın vitse-prezidenti, Milli Məclisin deputatı Azay Quliyev deyib.

Azay Quliyev bildirib ki, Azərbaycan AŞPA-nın ən fəal üzvüdür və qurumun fəaliyyət prinsiplərinə, dəyərlərinə daim hörmət edir. Azərbaycanın AŞPA-dan çıxmaq kimi bir niyyəti yoxdur. Ola bilsin ki, buna cəhd edən qüvvələr var və onların məkrli planları Azərbaycan və Avropa arasında münasibətləri korlamağa istiqamətlənib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: