ATƏT-in yeni sədri prioritetlərini açıqlayıb

148

Yanvarın 1-dən ATƏT-ə sədrlik rotasiya əsasında bir il müddətinə İtaliyadan Slovakiyaya keçib.

Bu münasibətlə Slovakiyanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Miroslav Layçak ölkəsinin sədrlik dövrü üçün hədəflərini açıqlayıb.

NUHÇIXAN ATƏT-in rəsmi saytına istinadla xəbər verir ki, nazir ölkəsinin sədrlik dövrü üçün qarşısına ATƏT məkanında dialoq, etimad və sabitliyin dəstəklənməsi və təşkilatın fəaliyyətinin gücləndirilməsi kimi hədəflər qoyduğunu açıqlayıb.

Sədrlik 2019-cu ildə diqqətini üç əsas fəaliyyət sahələrinə yönəldəcək və münaqişələrdən əziyyət çəkən insanları ön planda saxlamaq şərti ilə bu münaqişələrin qarşısının alınması və zəiflədilməsi, eləcə də vasitəçiliyin həyata keçirilməsi, təhlükəsiz gələcək naminə fəaliyyət, həmçinin təsirli multilaterizmin dəstəklənməsi üçün çalışacaq. Sədrlik, ilk növbədə, Ukraynada davam edən böhranı ümumi təhlükəsizlik üçün əsas problem hesab edərək gərginliyin azaldılması, etimadın yaradılması və dialoqun asanlaşdırılması üçün səy göstərəcək.

M.Layçak, həmçinin bildirib ki, sədrlik dövründə Slovakiya üzv ölkələr arasında, eləcə də qeyri-hökumət qurumları ilə mənalı və açıq dialoqun inkişaf etdirilməsinə çalışacaq. Effektiv mutilateralizm ATƏT institutlarına etimadı və hamı üçün təhlükəsizliyi gücləndirəcək.

Yanvarın 10-da ATƏT-in Vyanada yerləşən baş katibliyində keçiriləcək inauqurasiya mərasimində ATƏT-in yeni sədri ölkəsinin sədrlik dövrü üçün prioritetlərinə dair çıxış edəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: