AŞPA-nın yeni prezidenti seçilib

195

NUHÇIXAN xəbər verir ki, iyunun 25-də Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyasında isveçrəli Liliane Maury Pasquier qurumun yeni prezidenti seçilib.

Yeni prezident bir qadın kimi bu vəzifəyə seçilməkdən qürur hissi keçirdiyini bildirib. O qeyd edib ki, bu günə qədər assambleyanın sadəcə üç qadın prezidenti olub.

Qadınların yüksək vəzifələrdə çalışmasının önəmini vurğulayan Liliane Maury Pasquier gender bərabərliyinin əhəmiyyətini qeyd edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: