Asiyada çıxış edən ən yaxşı futbolçular müəyyənləşib

101

2018-ci ildə Asiyada çıxış edən ən yaxşı futbolçular müəyyənləşib.

NUHÇIXAN xəbər verir ki, “İnstat” şirkəti ilin yekunlarına görə beş ən yaxşı futbolçunun siyahısını açıqlayıb.

Çinin “Quançjou Everqrand” klubunda çıxış edən Anderson Taliska 316 xal toplayaraq birinci olub. Çinin “Şanxay SİPQ” klubunda çıxış edən digər braziliyalı oyunçu Oskar 305 xalla ikinci yerə layiq görülüb. Üçüncü yeri isə 304 xalla Yaponiyanın “Vissel Kobe” komandasının üzvü Andres İnyesta tutub.

Dördüncü yerdə 303 xalla braziliyalı Halk (“Şanxay SİPQ”, Çin), beşinci yerə isə 300 xalla ispaniyalı Xonatan Viera qərarlaşıb.

Qeyd edək ki, bu futbolçuların hər biri daha öncə Avropanın bir sıra klublarında çıxış edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: