Arsen Baqdasaryan Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyana müraciət edib

241

2014-cü il dekabrın 26-da Azərbaycan Respublikasının Ağdam rayonu ərazisində qoşunların qarşıdurma xəttində təxribat törətməyə cəhd edərkən saxlanılmış və Gəncə Ağır Cinayətlər Məhkəməsinin 2015-ci il 5 may tarixli hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilmiş Ermənistan hərbçisi, 1994-cü il təvəllüdlü Baqdasaryan Arsen Eduardoviç Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyana müraciət ünvanlayıb.

NUHÇIXAN Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının saytına istinadla xəbər verir ki, Arsen Baqdasaryan özünün yazdığı, əsir-girovların “hamının-hamıya” prinsipi ilə azad olunması ilə bağlı müraciətinin ictimaiyyətə açıqlanmasını Dövlət Komissiyasından xahiş edib.

Həmin müraciətin mətni ictimaiyyətin diqqətinə təqdim olunur.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: