Arpaçay dəryaçasında yetərincə su ehtiyatı var

308

Şərur Rayon Meliorasiya və Suvarma Sistemləri İdarəsindən NUHÇIXAN-a verilən məlumata görə, Arpaçay dəryaçasında 80 milyon kubmetr su ehtiyatı vardır. İllərin təcrübəsi belə qənaətə gəlməyə əsas verir ki, bu ehtiyat, payız əkinləri də daxil olmaqla, mövsüm ərzində sahələrin normal suvarılmasını tam təmin edəcəkdir

Qeyd edək ki, Şərur rayonunda əkinə yararlı olan 17 min hektardan artıq sahə hər il əkilib-becərilir. Bu qədər torpağın suvarılması üçün əsasən Arpaçay Su Qovşağından qidalanan Sağ və Sol sahil kanallarından, eləcə də bu qovşaqdan su götürən çay və arxlardan istifadə olunur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: