“Araz”ın UEFA Çempionlar Liqasındakı ilk iki oyununun hakimləri müəyyənləşib

155

Oktyabrın 3-də Naxçıvanın “Araz” klubu UEFA Çempionlar Liqasında ilk oyununa çıxacaq. Təmsilçimiz Litva çempionu “Vytis” ilə qarşılaşacaq. Artıq oyunu idarə edəcək hakimlər müəyyənləşib.

NUHÇIXAN xəbər verir ki, Bakı vaxtı ilə saat 17:30-da Slovakiyanın Luçenec şəhərindəki “Sportova Hala” Arenada keçiriləcək oyunun start fitini rusiyalı referi İvan Şabanov səsləndirəcək. İkinci hakim almaniyalı Sven Eşler, üçüncü referi isə isveçrəli David Şerli olacaq.

Oktyabrın 4-də, eyni məkanda və saatda “Valletta” (Malta) ilə keçiriləcək matça isə baş hakim kimi Sven Eşler təyinat alıb. Ona ikinci referi kimi türkiyəli Kamil Çetin, üçüncü hakim kimi İvan Şabanov kömək edəcəklər.

Oktyabrın 6-da meydan sahibləri ilə keçiriləcək oyuna təyinatlar isə hələ açıqlanmayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: