“Araz” klubu üç iranlı futzalçı ilə müqavilə imzalayıb

110

Qış fasiləsi zamanı Ramiz Çovdarov, Ruzigar İbrahimzadə və Elşən İbramxəlilovla yollarını ayıran “Araz” futzal klubu heyətini gücləndirmək istiqamətində fəaliyyətini davam etdirir.

NUHÇIXAN xəbər verir ki, son ölkə çempionu 3 iranlı futzalçı ilə anlaşıb.

“Yasamal Baku”dan Sadiq Cavid, “Xəzər Cənub”dan isə Ali Mikaili və Masud Nasirzade fasilədən sonra baş məşqçi Joze Alesio da Silvanın sərəncamında olacaq.

Qeyd edək ki, “Araz” ilk iki dövrədən sonra 27 xal toplayıb və lider EKOL-dan 2 xal geri qalır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: