UEFA Çempionlar Liqasında ölkəmizi təmsil edəcək “Araz” futzal klubunun daha iki potensial rəqibi müəyyənləşib.
NUHÇIXAN xəbər verir ki, Gürcüstanın “Tatişvili” və İrlandiyanın “Futsamba Naas” komandaları da turnirdə güclərini sınayacaqlar.
Bununla da iştirakçı komandaların sayı 56-ya çatıb. Ümumilikdə 59 komandanın qalib adı uğrunda yarışacağı turnirdə 3 ölkəni – Türkiyə, Farer adaları və Lixtenşteyni hansı komandanın təmsil edəcəyi hələ dəqiqləşməyib.
Qeyd edək ki, “Araz” mübarizəyə əsas mərhələdən başlayacaq.