Aprel ayında muxtar respublikada 498 daşınmaz əmlak qeydiyyata alınıb

202

Muxtar respublikada torpaqların elektron uçotunun aparılması, torpaq sahələrindən səmərəli istifadənin təmin edilməsi, vətəndaşların daşınmaz əmlak üzərindəki hüquqlarının dövlət reyestrində qeydiyyata alınması zamanı göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsi Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən daim diqqət mərkəzində saxlanılır.

NUHÇIXAN xəbər verir ki, torpaq sahələrinin konturlarının çöl geodeziya-ölçmə işləri aparılmaqla dəqiqləşdirilməsi və parametrlərin torpaqların elektron kadastr uçotu informasiya sisteminə daxil edilməsi məqsədilə aprel ayı ərzində Naxçıvan şəhərinin Tumbul və Hacıniyyət kəndlərində daşınmaz əmlak obyektlərinin plana alınması başa çatdırılıb, Şərur rayonunun Cəlilkənd və Danyeri, Babək rayonunun Zeynəddin kəndlərində planaalma işləri davam etdirilib, 1170 daşınmaz əmlak obyekti plana alınıb.

Şərur rayonunun Zeyvə, Düdəngə, Cəlilkənd, Sərxanlı və Mahmudkənd bələdiyyələrinin sərhəd xəritələrinə dair müvafiq yerquruluşu sənədləri elektron variantda hazırlanıb və torpaqların növləri üzrə uçotu aparılıb. Şahbuz rayonunun Qızıl Qışlaq, Güney Qışlaq, Keçili və Yuxarı Qışlaq bələdiyyələrinin mövcud mülkiyyət növləri üzrə torpaq sahələrinin elektron kadastr xəritələri hazırlanıb, bu xəritələrin məlumatları ilə torpaq reyestrində saxlanılan məlumatların uyğunluğu yoxlanılıb və uçotu təşkil olunub.

Muxtar respublikanın torpaq sahələrinin təyinatı üzrə istifadə vəziyyəti daim nəzarətdə saxlanılıb, aşkarlanmış qanunsuz istifadə faktları aktlaşdırılıb, belə halların aradan qaldırılması və qanunsuz tikililərin sökülərək torpaqların əvvəlki vəziyyətinə qaytarılması üçün müvafiq tədbirlər görülüb. Aprel ayında muxtar respublika üzrə 228 torpaq sahəsi olmaqla, ümumilikdə, 498 daşınmaz əmlak obyekti qeydiyyata alınıb. Muxtar respublika üzrə ilkin qeydiyyat, bölünmə və birləşmə nəticəsində yeni yaranan 59 daşınmaz əmlak obyektinə ünvan verilib. 67 torpaq sahəsinin plan-ölçüsü dövlət kadastr kitablarında qeydiyyata alınıb.

Vətəndaşlara səyyar xidmətin göstərilməsi davam etdirilib, ay ərzində muxtar respublika üzrə 8 yaşayış məntəqəsində 45 vətəndaşın müraciətinə baxılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: