Anlamadığınız İlahi Ədalət vaxtı çatacaq…

1. 022

Ekstremizm və radikal dini cərəyanlar, o cümlədən zərərli məzhəb  ideyalarının dövlətçiliyə və insanlara qarşı yönəlməsi  indiki zamanda baş verən bir çox ictimai təhlükəli hərəkətlərin kökündə durur. Radikal dinçiliyin  İslam dəyərlərinə uyğun olmadığı halda  zərərli məzhəb və təriqət nümayəndələri insanları düşürdükləri  sosial-siyasi vəziyyətin qeyri-sabitliyindən məharətlə istifadə edərək, onlara hər cür maddi və mənəvi dəstək verəcəkləri vədi ilə öz sıralarına cəlb edirlər. Qərbin  planı və senarisi üzrə İslam dinini parçalamaq məqsədilə XVIII əsrdə  təməli qoyulan və bu günümüzə qədər uzanan radikal dinçiliyin  əsas məqsədi QURAN qanunlarının  tətbiq olunmaması və islamın üstün xüsusiyyətlərini aradan qaldırmaq oldu. Bunun üçün isə əllərindən gələn bütün şeytanlıqları edib  müsəlman millətləri  arasında ədavət toxumu səpərək,   biri-birinə qarşı qərəzli və şübhəli mövqelər yaratdılar, İxtilaf yaradan kitablar nəşr etdirməklə  qarşıdurmaları qızışdırdılar, əqidəli kitabların nəşr olunmasına maneçilik törətdilər, mövcud dini ədəbiyyatların məhv edilməsi üçün mümkün yollardan istifadə etdilər, din alimləri haqqında müxtəlif iftira və şayiələr yaydılar, müsəlmanların uşaqlarını məktəbə getməyə mane olaraq  bu yolla onları  kütləvi savadsızlığa qərq etdilər.

Yetişdirib hazırladıqları casus və xəyanətkar  ortaqları ilə “demokratiya” müqaviləsi imzalayıb, Əfqanıstana, İraqa, Liviyaya, Tunisə, Misirə və Suriyaya  “demokratiya” idxal etdilər. Əvəzində isə bu torpaqlara iqtisadi tənəzzül, yoxsulluq, inkişafdan geri qalma və s. kimi toxumunu səpərək bu ölkələrin  müqəddəs saydıqları müstəqilliyini, sabitliyini, təhlükəsizliyini, iqtisadiyyatını əllərindən aldılar.

“Demokratiya” ilə bərabər radikal dinçiliyi, ekstremizmi və terrorçuluğu da bu ölkələrə idxal edən və axşamdan başlarına bombalar yağdırıb ertəsi gün isə başsağlığı verən bu zehniyyət sahibləri heç vaxt öz çirkin əməllərindən geri qalmayacaqlar. Bütün İslam ölkələrində xain planlarını həyata keçirmək üçün əllərindən gələni əsirgəməyərək hər şeylərini ortaya qoyacaqlar. Ekstremizmin və terrorizmin mümkün inkişafının sosial himayəsini azaltmaq üçün KİV-lərdə zorakılığın təbliğatını  məhdudlaşdırmaq əvəzinə  əksinə olaraq belə xəbərlərə çox geniş yer verərək ortaqlarına jest edir və himayə etdikləri mətbuatların köməyi ilə törətdikləri “qəhrəmanlığı” utanmadan ustalıqla geniş  kütlələrə çatdırırlar. Qardaş Türkiyə respublikasındakı  baş tutmayan dövlət çevrilişinə cəhd sayılan 15 iyul  hadisələrini yada saldıqda bir çox məqamlar aydın olur. Yəni məqsəd sabit, stabil Şərq dövlətlərinin daxili sakitliyini pozmağa cəhddir.

Bir insan kimi dünyada və əsasən də islam ölkələrində yaşanan bu hadisələri  xatırladıqda və  nəzər saldıqda bu hadisələri törədənlərə bir söz demək istəyirsən, əl çəkin bu insanlardan, qoyun hər bir millət öz bildiyi kimin islam dəyərlərilə və müsəlman ənənələri ilə yaşasın. Dünyanın siyasi leksikonuna gətirdiyiniz “məxməri”,”narıncı”,”ərəb baharı” dırnaqarası “demokratiya” sözünü  isə özünüzə saxlayın, zaman gələcək çox lazımınız olacaq.

Çünki sizin anlamadığınız İlahi Ədalət vaxtı çatacaq…

 Əlövsət Hüseynquliyev

 AŞPA-nın üzvü statusuna malik olan

 Beynəlxalq Antiterror Birliyi (BAB) prezidentinin müşaviri

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: