“Android Oreo” versiyasının bazar payı 12 faiz ötüb

156

“Google” şirkəti “Android” mobil əməliyyat sisteminin müxtəlif versiyalarının populyarlığını xarakterizə edən yeni statistika dərc edib. “Oreo” versiyasının bazar payı 12 faizi ötüb.

NUHÇIXAN “dailycomm.ru” saytına istinadla xəbər verir ki, ən populyar olan “Android Nougat 7.0-7.1” versiyası 30,8 faiz qurğuda quraşdırılıb. Yaxın vaxtlara kimi birinci pillədə qərarlaşmış “Android Marshmallow 6.0” versiyası indi 23,5 faiz göstərici ilə ikinci yeri tutub. 20,4 faiz göstəriciyə malik “Android Lollipop 5.0-5.1” (20,4 faizi) versiyası üçüncü yeri tutub.

“Android”in ən yeni versiyası olan “Oreo 8.0-8.1” “Google”un mobil platformasının idarəetməsi altında işləyən 12,1 faiz qurğuda quraşdırılıb. 2018-ci ilin əvvəlində bu sistemin bazar payı 0,7 faiz idi.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: