Amerikalı jurnalist Naxçıvandan yazıb

148

NUHÇIXAN xəbər verir ki, tanınmış amerikalı jurnalist Piter Tase geniş izləyici auditoriyası qazanan ednews.net internet portalında Naxçıvanın qədim tarixi ilə bağlı rus və ingilis dilində məqalə yerləşdirib. “Naxçıvan mədəni məbəd və Azərbaycan torpağıdır” adlı məqalədə qeyd edilir ki, Naxçıvanın şəhərsalma tarixi 5 min ilə gedib çıxır. Müəllif bunu yerli xalqın qədim sivilizasiyaya məxsus olduğu fakt kimi qiymətləndirir. Qədim dövlətçilik ənənələrinin bu gün də davam etdirildiyi və ölkə başçısının və Naxçıvan Muxtar Respublikası Ali Məclis Sədrinin  apardığı uğurlu siyasət nəticəsində Naxçıvanın sürətli inkişafı da yazıda yer alıb. O da qeyd edilib ki, amerikalı turistlər mütləq Naxçıvana maraq göstərməlidir. Çünki burada insanlıq tarixi və mədəniyyəti üçün önəmli nümunələr, memarlıq nümunələri və sənət əsərləri var.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: