Amerikalı alimlər “ağıllı” internet qurğuları hazırlayıblar

198

Amerikalı mühəndislər tərəfindən hazırlanmış passiv (daxili enerji mənbəyi olmayan element) çap nişanlarını məişət əşyalarına birləşdirməklə onları “ağıllı” internet qurğularına çevirmək mümkündür.

NUHÇIXAN “naukatv.ru” saytına istinadən xəbər verir ki, yeni metal nişanlar mis folqadan hazırlanıb, nazik kağız altlıqlarda çap edilib və “Wi-Fi” siqnalları tezliyində işləyə bilir.

Nişanları insanların hər gün istifadə etdiyi əşyalara (məsələn, su butulkası, divar və ya qapı) bərkitmək olar. Passiv nişanlar yalnız “Wi-Fi” tezlikləri diapazonu daxilində müəyyən siqnalların əks edilməsi üçün nəzərdə tutulub. Lakin alimlər materialın tipini və çap formasını dəyişdirməklə nişanları elə layihələşdirə bilərlər ki, onlar “Bluetooth”, “LTE” siqnallarını və ya mobil siqnalları əks etdirsinlər. Nişanlar, həmçinin batareya, silisium çip və ya hər hansı diskret elektron komponentə malik deyil, buna görə baxım tələb etmir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: